Azedu.az

Avtobus qəzaya uğrayıb: 20 uşaq və məktəb direktoru ölüb

Hadisə

17 İyul 2026, 10:50
Avtobus qəzaya uğrayıb: 20 uşaq və məktəb direktoru ölüb

Uqandada məktəb avtobusunun qəzaya uğraması nəticəsində azı 20 uşaq və bir yetkin şəxs ölüb.

AzEdu.az xəbər verir ki, bu barədə "The Sun" nəşri Uqanda polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, ölümlə nəticələnən qəza Çekvati kəndində baş verib. İlkin araşdırmalara əsasən, şagirdlər Sipi şəlaləsinə məktəb gəzintisindən sonra evə qayıdırdılar. Sürücü idarəetməni itirib, avtobus yolun kənarındakı böyük daşa çırpılaraq aşıb.

Qeyd edilib ki, ötən gün axşam baş verən qəza nəticəsində 20-si məktəbli və biri yetkin şəxs olmaqla 21 nəfərin öldüyü təsdiqlənib.

Bundan əlavə, üç yetkin şəxsin və bir neçə uşağın ağır xəsarət aldığı bildirilib.

Yerli özünüidarəetmə naziri Balaam Atini Baruqahara ölən yetkin şəxsin məktəbin direktoru olduğunu bəyan edib.

TƏCLİ! Rusiyada qarşıdurma - Əhali etirazlara başladı
Son xəbərlərDaha çox