Azedu.az

"Suallar düşündürücü idi" - MİQ-də 84 bal toplayan namizəd

MİQ

17 İyul 2026, 09:21
"Suallar düşündürücü idi" - MİQ-də 84 bal toplayan namizəd

"Yüksək nəticənin əsas sirri əzm və davamlı çalışmaqdır".

Bu sözləri MİQ imtahanında 84 bal toplayan tarix müəllimliyi üzrə namizəd Gülüş Şirəliyeva AzEdu.az-a açıqlamasında bildirib.

"Bu gün tarix müəllimliyi üzrə MİQ imtahanında 84 bal topladım. Nəticəmə sevinirəm, baxmayaraq ki, 90-dan yuxarı bal toplamağı da arzulayırdım. Bununla belə, əldə etdiyim nəticəni qənaətbəxş hesab edirəm.
İmtahan ümumilikdə mənim üçün yaxşı keçdi. Həm kurikulum, həm də ixtisas sualları maraqlı idi. 

Tarix fənni üzrə düşündürücü suallar yer almışdı, lakin onların öhdəsindən gəlməyi bacardıq. Hesab edirəm ki, suallar namizədlərin bilik və hazırlıq səviyyəsini yoxlamaq baxımından münasib şəkildə hazırlanmışdı.
Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin məzunuyam. Magistratura təhsilim yoxdur. Hazırda pedaqoji fəaliyyətlə məşğulam və abituriyent hazırlığı keçirəm. Gələcəkdə müəllimlik fəaliyyətimi Bakı şəhərinin Xəzər rayonu, Binə qəsəbəsində yerləşən məktəblərdən birində davam etdirmək istəyirəm.

Mənə görə, MİQ imtahanında yüksək nəticə əldə etməyin əsas sirri əzm və davamlı çalışmaqdır. Uğur qazanmaq üçün müntəzəm hazırlaşmaq, öz üzərində işləmək və zəhmətdən çəkinməmək lazımdır. İnanıram ki, çəkilən zəhmət gec-tez öz bəhrəsini verir və hər bir müəllim məqsədinə çatmaq üçün əzmlə çalışmalıdır".

Rusiyada azərbaycanlılara hücum başladı- Kreml Bakıya diş qıcayır
Son xəbərlərDaha çox