Növbəti həftədən etibarən müəllimlərin işə qəbulu (MİQ) üzrə test imtahanı mərhələsinə start veriləcək.
AzEdu.az-ın məlumatına görə, imtahanların keçirilmə qrafiki aşağıdakı kimidir:
14 iyul
I seans - İnformatika; II seans - İbtidai sinif
15 iyul
I seans - Texnologiya, Təsviri incəsənət, Azərbaycan dili; II seans - Fiziki tərbiyə, Biologiya
16 iyul
I seans - Azərbaycan dili və ədəbiyyatı; II seans: Tarix, Coğrafiya
17 iyul
I seans - Fizika, Rus dili, Rus dili və ədəbiyyatı; II seans - Musiqi
18 iyul
I seans - İngilis dili, Alman dili, Fransız dili; II seans - Kimya, Riyaziyyat
"Təhsil haqqında" qanuna əsasən, test imtahanında yolverilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı yaddaş kitabçasında əks olunur və test imtahanına buraxılması barədə məlumatla birgə namizədin “Şəxsi kabineti”nə göndərilir.
Namizəd yaddaş kitabçasında müəyyən edilmiş tələbləri pozduqda, bu barədə akt tərtib edilir və həmin şəxs işə qəbul müsabiqəsindən kənarlaşdırılır.
Müvafiq pozuntular işə qəbul müsabiqəsi başa çatdıqdan sonra aşkar edilərsə, bu hal aktlaşdırılır və həmin şəxsin nəticələri ləğv edilir.
Test imtahanında ümumtəhsil proqramı üzrə hər düzgün cavab 2 balla, tədris metodikası üzrə hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumtəhsil proqramı üzrə hər səhv cavaba görə 0,5 bal, tədris metodikası üzrə hər səhv cavaba görə 0,25 bal çıxılır.
Qeyd edək ki, test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra elan edilir. İmtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.