Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-09 13:50:00
Gənc tədqiqatçılar üçün sərfəli təqaüd proqramı

 

UNESKO-Yaponiya Gənc Təqdiqatçılar  üçün “Keizo Obuçi” tədqiqat təqaüd proqramı elan edilib.

AzEdu.az xəbər verir ki, gənc tədqiqatçıların bilik və imkanlarını  gücləndirmək məqsədi daşıyan bu proqramda hökumət, qeyri-hökumət qurumları, universitetlər və elmi-tədqiqatlar institutların nümayəndələri iştirak edə bilər.

İnsan resursları üçün potensialın gücləndirilməsi üzrə Yaponiyanın Etimad Fondu tərəfindən layihələşədirən bu proqrama  əsasən  aşağıdakı tədqiqatların  aparılmasına yönəlib:

Ətraf mühit, xüsusilə  fəlakət riskinin azaldılması;

Mədəniyyətlərarası dialoq;

İnformasiya və kommunikasiya texnologiyaları;

Münaqişələrin sülh yolu ilə həlli.

 Proqrama son müraciət tarixi isə 29 noyabr 2019-cu ildir.

Qeyd edək ki, proqram haqqında ətraflı məlumata sahib olmaq üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:

http://mct.gov.az/medias/media/other/525/japan-unesco-2019.pdf

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları