XƏBƏRLƏR

03.10.2019 15:27
1298 tələbə “pulsuz” ixtisaslara necə yerləşdirilib? - RƏSMİ

Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Sosial şəbəkələrdə abituriyentlər tərəfindən prosesin necə aparılmasıyla bağlı bir çox suallar ünvanlanıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, proses tələbələrin topladıqları ballara uyğun həyata keçirilib və ali təhsil müəssisələrinə məlumat göndərilib. Misal üçün hər hansı bir ixtisas üzrə 10 ödənişsiz yer ayrılıb. Müsabiqə nəticəsində həmin yerlərdən 8-i tutulub, 2-si isə istifadəsiz qalıb. Bu zaman həmin ixtisas üzrə ödənişlidə oxuyan və ölkə üzrə (o cümlədən Azərbaycan və rus bölməsi üzrə) ən yüksək bal toplayan 2 tələbə ödənişsizə keçirilib.

Xatırladaq ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunan tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu