Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-24 15:02:00
Lisey siniflərinə yerdəyişmə hansı formada aparılacaq? – RƏSMİ

Liseylərin və məktəb-liseylərin lisey siniflərinə yerdəyişmə sistemdə həmin siniflər üzrə qeyd olunan tarixdən etibarən həyata keçiriləcək. 

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2019-2020-ci ilin tədris ilində liseylərin və məktəb-liseylərin lisey siniflərinə qəbul imtahanlarında artıq iştirak etmiş və qəbul olmuş şagirdlərin yerdəyişməsi valideynin iştirakı olmadan müvafiq təhsili idarəetmə orqanı tərəfindən tənzimlənəcək.

Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.

Qeyd edək ki, şagird yerdəyişməsi sistemi avqustun 15-dən etibarən istifadəyə verilib.

Valideynlər sistemdən istifadə etmək üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.  

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edəcək.

Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.