Azedu.az

Qəbələdə məktəbdə yanğın olub

Orta təhsil

22 İyun 2026, 12:43
Qəbələdə məktəbdə yanğın olub

‎İyunun 21-də gecə saatlarında Qəbələ rayonu Qafur Şərifov adına Uludaş kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib.

AzEdu.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə məlumat verilib.

Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.  

‎Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.

TƏCİLİ! Rusiyadan Türkiyəyə ŞOK HÜCUM - Gəmi vuruldu, ö*lənlər var
Son xəbərlərDaha çox