Azedu.az

Nazir müavini “Məzun günü” tədbirində iştirak edib

Təhsil Nazirliyi

1 İyul 2026, 13:16
Nazir müavini “Məzun günü” tədbirində iştirak edib

Milli Aviasiya Akademiyasında “Məzun günü” tədbiri keçirilib. 

AzEdu.az xəbər verir ki, Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da tədbirdə iştirak edib. 

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin təbrik məktubu iştirakçıların diqqətinə çatdırılıb. Məktubu Akademiyanın iqtisadi və sosial məsələlər üzrə prorektoru Gülnarə Əhmədova səsləndirib.

Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Azərbaycanda mülki aviasiya sahəsinin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrdən, nəqliyyat infrastrukturunun modernləşdirilməsindən, aviasiya təhsilinin və insan kapitalının inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olmasından danışıb.

Daha sonra “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev çıxış edərək müasir aviasiya sənayesində peşəkar kadr hazırlığının əhəmiyyətini vurğulayıb, Milli Aviasiya Akademiyasının ölkənin aviasiya sisteminə yüksəkixtisaslı mütəxəssislər qazandırdığını bildirib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Milli Məclisin deputatı Cavanşir Feyziyev də çıxış edərək məzunları əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Mərasim çərçivəsində Akademiyanın ictimai və elmi həyatında fərqlənən tələbələrə sertifikatlar təqdim olunub. 

Rəsmi hissədən sonra bədii proqram təqdim olunub.

Putin bu tarixdə hakimiyyətdən gedəcək - Rusiya üçün DƏHŞƏTLİ PROQNOZ
Son xəbərlərDaha çox