Azedu.az

Nazir müavini Tərtərdə vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi

6 Oktyabr 2026, 09:32
Nazir müavini Tərtərdə vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 16 oktyabr tarixində Tərtər şəhərində vətəndaşları qəbul edəcək.
 
AzEdu.az xəbər verir ki, qəbulda Tərtər və Ağdərə sakinləri iştirak edə bilərlər. 
 
Adı çəkilən rayonların sakinləri 14 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir
Son xəbərlərDaha çox