Azedu.az

"Uşaqların zərərli məzmundan qorunması beynəlxalq əməkdaşlıqla gücləndirilməlidir"

Xəbərlər

Tələbə və şagird

15 Aprel 2025, 16:29
"Uşaqların zərərli məzmundan qorunması beynəlxalq əməkdaşlıqla gücləndirilməlidir"

Zərərli informasiya məhsullarının dövriyyəsinin, xüsusilə informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən cinayətlərin qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi vacib məsələlərdəndir.

AzEdu.az xəbər verir ki, bu sözləri Audiovizual Şura sədrinin müşaviri Haşim Əliməmmədzadə aprelin 15-də Bakıda keçirilən Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun 11-ci Toplantısında çıxışı zamanı səsləndirib.

O bildirib ki, qanunvericiliyə əsasən, zərərli məlumatlar iki əsas kateqoriyaya bölünür. Uşaqlar arasında dövriyyəsi qadağan edilmiş məlumatlar və uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılmış məlumatlar. Qadağan edilmiş məlumatlar zorakılıq və qəddarlığı təbliğ edən, qeyri-qanuni hərəkətləri və cinayətləri təşviq edən, uşaqların həyatı və təhlükəsizliyi üçün təhlükə yaradan, ailə institutunu nüfuzdan salan, əxlaqsız məzmunlu məlumatları əhatə edir. Məhdudlaşdırılmış məlumatlar isə zorakılıq və qəddarlıq nümayiş etdirən, vulqar ifadələr, qorxulu məzmunlu materialları ehtiva edir.

Haşim Əliməmmədzadə, eyni zamanda, informasiya məhsullarının yaş təsnifatı məsələsinə də toxunub və bu sahədə tətbiq olunan hüquqi tənzimləmə mexanizmlərini izah edib.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox