Aprelin 22-də Quba şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Archivision Urban Camp 3” layihəsinin açılış mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, ümumdünya Şəhərsalma Forumu (WUF13) və “Memarlıq və Şəhərsalma İli”nə həsr olunan düşərgənin iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ziyarət zamanı ulu öndərin xatirəsi ehtiramla anılıb.
Daha sonra düşərgənin rəsmi açılış mərasimi baş tutub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev “Beynəlxalq təcrübələr” mövzusunda çıxış edərək iştirakçılara mövcud imkanlar və beynəlxalq platformalarda iştirak perspektivləri barədə məlumat verib.
Ardınca Azərbaycan Memarlıq və İnşaat Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək layihənin əhəmiyyətini vurğulayıb, tələbələrə uğurlar arzulayıb.
Tədbir çərçivəsində həmçinin Seranit şirkətinin Texniki Təlim və Tətbiqlər Müdiri Faruk Ataer çıxış edərək sahə üzrə beynəlxalq təcrübə və innovativ yanaşmalar barədə təqdimatla çıxış edib.