Təhsil tələbə krediti alanların 44 min 71 nəfəri (63 faizi) qadınlar, 26 min 322 nəfəri (37 faizi) isə kişilərdir.
Azedu.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
O bildirib ki, bu göstərici Fondun qadınların, xüsusilə regionlarda yaşayan və sosial həssas ailələrdən olan qadınların təhsilə çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynadığını nümayiş etdirir.
Aytac Şirinzadə