Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-29 09:20:35
Ali Attestasiya Komissiyasının ləğvini istəyən deputata həmkarından ETİRAZ

 

Prezidentliyə namizəd, millət vəkili Qüdrət Həsənquliyev İctimai Televiziyada çıxışı zamanı maraqlı təklif irəli sürüb. O bildirib ki, Azərbaycanda Ali Attestasiya Komissiyası ləğv olunmalıdır. Deputatın sözlərinə görə, komissiyanın verdiyi elmi adları universitetlərin özləri də verə bilər.

Məsələ ilə bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Kamilə Əliyevanın AzEDU-ya açıqlamasında bunun Qüdrət Həsənquliyevin şəxsi fikri olduğunu qeyd edib:

“Hər bir şəxs məsələlərə şəxsi fikirlərini bildirə bilər. Hansısa qurumun yaradılması, saxlanılması və ya ləğv olunması isə Cənab Prezidentin səlahiyyətindədir. Kiminsə fikrini dəstəkləmək və yaxud inkar etmək istəmirəm. Ali Attestasiya Komissiyası lazımlı olduğu təqdirə saxlanılmasına, lazımlı olmadığı təqdirə isə ləğv edilməsinə, ancaq Cənab Prezident qərar verə bilər”.