
2018-03-29 05:32:46
Rezidenturaya imtahan verəcək tələbələrin üzləşdiyi çətinliklər: “Vaxt çatdırmaq olmur”
1 aprel tarixində Azərbaycan Tibb Universitetinin tələbələri üçün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək.
Tələbələr birinci mərhələdə yeddi, ikinci mərhələdə isə səkkiz fəndən imtahan verməlidirlər. İlk mərhələdə suallar baza fənnləri olsa da, növbəti mərhələdə kliniki fənlərdən imtahan götürülür.
AzEDU rezidenturaya hazırlaşan tələbələrdən onların imtahan qabağı qarşılaşdıqları çətinlikləri öyrənməyə çalışıb. Xatırladaq ki, onların hamısı hazırda Azərbaycan Tibb Universitetinin tələbələridirlər:
Leyla Süleymanlı: “Materialı oxuyub bitirən tələbənin imtahanda hansısa ciddi problemi olmur. Amma imtahanlar elektron formada keçirilsə, daha rahat olar. Bu, imtahan bitəndən dərhal sonra nəticəni öyrənmək baxımından yaxşıdır. Həm də belə olduqda imtahan zamanı vaxta qənaət etmiş oluruq. Mən və əksər tələbələr anatomiya, farmokologiyadan çətinlik çəkirik.
Fərdi hazırlaşanlar üçün müxtəlif kurslar var. Amma mən özüm həzırlaşıram. Düzdür, kurs müəllimləri tələbələrə daha düzgün istiqamət verir, amma elə də çətinliyim olmur.
Birinci mərhələ üçün 8, ikinci mərhələ üçün isə 7 fəndən imtahan veririk. İki mərhələ arasında üç ay vaxt var. Belə qısa müddətdə semestr, dövlət imtahanları ilə bərabər, rezidenturanın ikinci mərhələsinə də hazırlaşmaq problem yaradır. Hamısına vaxt çatdırmaq olmur”.
Aslanov Elnur: “Rezidenturaya hazırlaşmaq üçün kursa getməyə ehtiyac duymuram. Fərdi şəkildə hazırlaşmağı daha üstün tuturam. Aprelin 1-i verəcəyim imtahanın fənlərindən isə mikrobiologiya və anatomiyadan çətinlik çəkirəm. Çünki bu fənlər xüsusi əzbərlik bacarığı tələb edir”.
Əlituran Hüseynzadə: “Qısa vaxt ərzində bütün proqramı oxuyub çatdırmaq, həmçinin, təkrarlamaq çətinlik yaradır. İmtahan vaxtı dəyişilsə və semester dərsləri yanvara kimi bitsə, tələbələrin işi də asanlaşar. Qəbul fənlərindən anatomiya və farmokologiyada çətinlik çəkirəm. Tələbə onları əzbər yadda saxlamalı olur. Əsasən oxu zalında və ya evdə hazırlaşıram. Ciddi çətinlik olmur. Fikrimcə, hazırlıq üçün kursa getmək önəmsizdir. Əgər tələbənin müəyyən qədər biliyi varsa, təkrar etdikdən sonra sualların öhdəsindən gələ bilər”.
Xəyalə Məmmədli: “Mən hazırlaşmaq üçün kursların köməyindən istifadə etmir, sərbəst şəkildə oxuyuram. Ona görə də müqayisəli şəkildə hansının daha effektiv olduğunu izah edə bilmərəm. Çox fənlərdən gələcəkdə bəlkə də heç vaxt bizə həkim kimi lazım olmayacaq əzbər biliklərə əsaslanaraq suallar tərtib edirlər. Məsələn, imtahandan bir həftə sonra hansısa tələbəyə mikrobiologiya fənnindən sual versəz ki, “hansı bakteriya mayallaq aşmaqla hərəkət edir?” cavab verə bilməyəcək. Çünki bunlar sırf imtahan vermək üçün əzbərlədiyimiz boş biliklərdir. İmtahan verdikdən sonra onları unuduruq. Buna görə də əzbərdən uzaq, nəzəri biliklərə əsaslanmış, eyni zamanda kliniki düşüncəni ölçəcək suallar hazırlansa yaxşı olar”.
Lamiyə Süleymanlı
Bu bölməyə aid digər xəbərlər
Qazaxıstanlı rektor AzTU-da olub
2023-06-03 16:05:10
Universitetdə sağlamlıqla bağlı tədbirlər keçirilib
2023-06-03 14:50:00
MDU-da növbəti seminar keçirilib
2023-06-03 12:53:19
Rektor “British Council” təşkilatının nümayəndələri ilə görüşüb
2023-06-02 17:21:30
Aqrar Universitetdə “Məzun günü” keçirilib - FOTOLAR
2023-06-01 12:10:16
Universitetlərdə yay imtahanları BAŞLADI
2023-06-01 09:28:00
MDU-da seminar: "Narkomaniyaya hamılıqla ˝Yox!˝ deyək"
2023-05-27 11:34:37
BMU tələbələri sahə gəzintisində olublar
2023-05-26 14:10:26
MDU-da elmi seminar keçirilib
2023-05-25 16:31:28
Müstəqillik Günü ilə bağlı bayram tədbiri keçirilib
2023-05-25 16:10:00
kitabı
ÇOX OXUNANLAR
31 May 2023, 14:51
Ad, ata adı və soyadla bağlı qayda dəyişdi

30 May 2023, 14:35
ll və lll qruplarda ixtisas seçiminə bu abituriyentlər buraxılacaq - ŞƏRTLƏR

30 May 2023, 15:04
Bu müəllimlər MİQ-də imtahansız İŞTİRAK EDƏCƏKLƏR

2 İyun 2023, 14:50
Builki MİQ imtahanlarında keçid balı necə olacaq? - Rəsmi CAVAB

1 İyun 2023, 22:10
İranda itkin düşən azərbaycanlı tələbə TAPILDI

1 İyun 2023, 10:20
Qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat tarixi DƏYİŞDİ

26 May 2023, 12:04
Sertifikasiya üzrə sınaq imtahanının cavabları AÇIQLANDI

29 May 2023, 10:55
DİM iyunda bu qəbul imtahanlarını keçirəcək - SİYAHI

FACEBOOK