21.03.2018 07:51
Şagirdlərin Novruz PLANLARI: "Bayramda xoruz döyüşdürmək istəsəm də, icazə vermədilər"
Azərbaycanda Novruz bayramı davam edir.
Orta və ali təhsil müəssisələrində şagird və tələbələrin tətili isə artıq başlayıb. Tələbə və şagirdlərin əksəriyyəti bayramı keçirmək üçün bölgələrə üz tuturlar. Bəs şagirdlər yazın gəlişini özündə ehtiva edən Novruz bayramını necə keçirəcək?
AzEDU bu sualla bir neçə şagirdə müraciət edib:
Bakı şəhəri, Səbail rayonu 49 saylı “İntellekt” məktəb-liseyin şagirdi Aqşin Rüstəmov Novruz bayramını rayonda keçirəcək:
“Hər il bayramda şəhərdə oluram. Bir çox evlərə papaq atıram. Papaq atdığım evlərdən yığdıqlarımı isə uşaqlarla aramızda bölüşürük. Bu il bayramı bir az fərqli keçirmək üçün rayona getməyə, nənəmi, babamı görməyə qərar verdim”.
Gəncə şəhər, 39 saylı Mircəlal Paşayev adına məktəbin şagirdi Ramal Nüsrətli digər bayramlarla müqayisədə Novruzu çox sevir:
“Bayramı kəndimizdə keçirəcəm. Papaq atıb, qapı pusub, tonqal qalacayam. Ən çox xoruz döyüşdümək istəsəm də, buna icazə vermədilər”.
Abşeron rayonu, Xırdalan şəhər, 1 nömrəli tam orta məktəbin şagirdi Sadiq İsmayılov bayramı şəhərdə, dərs oxuyaraq qeyd edəcək:
“Sinif yoldaşlarımın əksəriyyəti Novruzu keçirmək üçün rayonlara gedirlər. 10-cu sinifdə təhsil alıram, abituriyentəm və dərslərim ağırdır. Bu səbəbdən də bayramı təntənəli keçirməyə vaxtım yoxdur".
Bakı şəhəri, Səbail rayonu 51 saylı tam orta məktəbin şagirdi Məryəm Rüstəmova da bayramı şəhərdə keçirəcək:
“ Novruz bayramını Yenil il qədər çox sevmirəm. Ən çox sevdiklərim şəkərbura, paxlava, boyanmış yumurtalar və aşdır. Keçən il sinif yoldaşlarımla bir yerdə tanımadığımız evlərə papaq atmışdıq. Bu il uşaqların əksəriyyəti rayonda olduğuna görə papaq atıb, evləri pusa bilmədik”.
Yevlax şəhər 5 saylı tam orta məktəbin şagirdi Sücayət Mirzəxanlının ən sevdiyi bayram Novruzdur:
“Novruz bayramında təbiət oyanır, hər tərəf yaşıla bürünür. Havalar isinməyə başlayır deyə əsl bayram abu-havası hiss olunur. Bayramda tonqal qalayıb üstündən hoppanmağı isə xüsusilə sevirəm ”.
Nəzrin Rüstəmova
Bu bölməyə aid digər xəbərlər
Paytaxtda güclü külək nəticəsində daha bir orta məktəbin dam örtüyü uçdu
07.03.2021 | 14:00
Nümunəvi sinfə şəhidin adı verilib
06.03.2021 | 13:44
Bu siniflərin şagirdləri arasında milli qiymətləndirmə başlayıb
05.03.2021 | 10:07
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq genişləndirilir
04.03.2021 | 09:24
BŞTİ-nin müdiri: "Vaksinasiya əyani tədrisi sürətləndirəcək"
03.03.2021 | 17:09
Bağlanan məktəblərdən birinin fəaliyyəti bərpa olundu
03.03.2021 | 13:37
Cocuq Mərcanlı məktəbinin direktoruna “Firudin bəy Köçərli” mükafatı təqdim edildi-FOTO
03.03.2021 | 11:37
“Müəllimin şagirdə mütləq “çırtma”sı dəyməlidir”
03.03.2021 | 11:25
BŞTİ-də müsabiqə qalibləri ilə onlayn görüş keçirilib - FOTO
02.03.2021 | 15:24
11 ildir kənd məktəbində çalışan müəllim – “Buradakı şagirdlər şəhərdəkilərdən daha şanslıdır”
02.03.2021 | 12:00
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
02.03.2021 | 13:10
Nazirlikdən dərslərin dayandırılacağı ilə bağlı AÇIQLAMA - VACİB

05.03.2021 | 09:23
Buraxılış imtahanları ilə bağlı daha bir dəyişiklik edildi

06.03.2021 | 17:43
Sabah bu rayonların şagirdləri üçün buraxılış imtahanı keçiriləcək - SİYAHI

03.03.2021 | 16:39
Müsahibədən keçən bütün müəllimlərə ikiqat maaş veriləcək? – Rəsmi CAVAB

05.03.2021 | 11:49
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə yeni müdir müavinləri təyin edildi

04.03.2021 | 17:30
Buraxılış imtahanlaına salınan test tapşırıqlarının sayı DƏYİŞDİRİLDİ

06.03.2021 | 14:07
“Buraxılış imtahanında bu mövzulardan suallar salınmayacaq” – Təhsil eksperti

04.03.2021 | 17:26
9 illik bazadan kolleclərə qəbul qaydaları dəyişib

FACEBOOK