Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-19 09:29:07
“İlan görüldüyü” deyilən məktəbin təmirinə başlanılıb

Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Tahir Kərimli Ağsuda yerləşən 5 nömrəli məktəbin istifadəyə yararsız olduğunu vurğulayıb.

Ağsu Rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlövsətov AzEDU.az-a açıqlamasında bildirib ki, məktəbin əsaslı təmir olunması üçün, artıq işlər başlanılıb6

“5 saylı tam orta məktəb cari il təmir olunub, binanın üst örtüyü dəyişdirilib. Bu məktəb barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin məlumatı var və orta təhsil müəssisəsi əsaslı təmir olunacaq. Amma hələ ki, əlimizdə dəqiq məlumat yoxdur”.

Qeyd edək ki, deputat Tahir Kərimli çıxışı zamanı 5 nömrəli məktəbdəki vəziyyətin orada təhsili mümkünsüz etdiyini söyləyib:

“Ağsuda elə kənd məktəbləri var ki, orada təhsil almaq mümkün deyil, hətta bəzi məktəblərdə ilanlar görünür. Rayonun 5 nömrəli məktəbindəki vəziyyət orada təhsil almağı mümkünsüz edir. Vacib məqamlardan biri də rayonda müəllim çatışmazlığıdır. Ağsu rayonunda 106 müəllim çatışmır, kişi müəllimlərinin çatışmazlığının hansı psixoloji problemlərə yol aça biləcəyini ötən dəfəki çıxışımızda bildirmişdik. Ona görə bu məsələyə bir də qayıtmaq istəmirəm”.

Nəzrin Rüstəmova