Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-11 14:22:35
Bu məktəbələrdə 1-ci sinfə qəbul müsabiqə yolu ilə aparılır - SİYAHI

Bu gün - mayın 11-də 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilib. 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin məlumatına görə, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Elektron portalda uşaqların qeydiyyatı mayın 15-nə kimi davam edəcək, həmin tarixdən məktəb seçimi həyata keçiriləcək.

Qeyd edək ki, 1-ci siniflərə şagird qəbulu bəzi məktəblərə fərqi formada – müsabiqə yolu ilə aparılır.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, aşağıdakı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə yolu ilə həyata keçirilir:


Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsinə uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır.

“Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.