Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-02 10:52:00
“Bağçada tərbiyəçi işləmək istəyənlər 60 sualı cavablandıracaq”

 

 

 

AzEdu.az xəbər veriri ki,  Elçin Əfəndi bağçalara qəbul prosesi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. O, qeydiyyat prosesi, suallar və onların məzmunu ilə bağlı yaranan narahatlıqlara münasibət bildirib.

 

 

Ekspert qeyd edib ki, bağçalara işə qəbul zamanı 3 məzmun xətti üzrə suallar cavablandırılacaq. Bunlar metodika, psixologiya və pedaqogika istiqamətləridir.

 

 

Elçin Əfəndi sualların sayı və tərkibi barədə də məlumat verdi:

 

“Tərbiyəçi vəzifəsinə iddia edən namizədlərə qanunvericilik üzrə 8, metodika üzrə 20, pedaqoji və psixoloji nəzəriyyələr üzrə isə 12 sual təqdim olunacaq. Bunlarla yanaşı fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik baxımından 5, idrakın inkişafı üzrə 5, estetik və yaradıcı inkişaf üzrə 5, sosial-emosional inkişaf üzrə də 5 sual təqdim olunacaq. Yəni bütün bunlara əsasən, ümumilikdə, namizədlərin bilik və bacarıqları 60 sual əsasında qiymətləndiriləcək”.

 

 

Əlavə olaraq qeyd edək ki, bağçalara işə qəbul elektron qaydada qeydiyyat əsasında həyata keçiriləcək. Bir müddət sonra isə imtahan prosesi başlayacaq. Qrafiklə bağlı məlumatlar Təhsil Nazirliyi tərəfindən öncədən ictimaiyyətə elan ediləcək.