Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-24 16:10:00
 Tətildən sonra dərsə asan adaptasiya üçün qızıl qaydalar–Mütəxəssis təklifləri 

 

 

 

Məktəblilərin qış tətili günləri açıqlanıb. Ümumi təhsil müəssisələrinin bütün səviyyələri üçün 27-31 yanvar tarixləri (5 gün) qış tətili günləridir.

Tətildən sonrakı ilk dərs günü 2023-cü il 1 fevral tarixidir.

 

3 gündən sonra başlayacaq tətildə məktəblilər ağır və dolu dərs günlərindən sonra bir neçə günlük də olsa istirahət edə biləcəklər.

 

Ancaq bir çox təhsilalan tətil müddəti bitdikdən  sonra dərs mühitinə adaptasiya olunmaqda çətinlik çəkir.

 

Şagirdlər tətil günlərini necə keçirməlidir ki, müddət başa çatdıqdan  sonra dərsə rahat adaptasiya oluna bilsinlər?

 

Təhsil eksperti Sona Əliyeva  AzEdu.az-a bildirib ki, uşaqlar məktəbdə və məşğələdə istirahət etmələdirlər:

 

“Birincisi, tətil etməli, ikincisi, asudə vaxt keçirərkən kinoya baxmalı, uşaq əyləncə mərkəzlərinə getməli və ya kitab oxumaq kimi öz yaşlarına uyğun məşğuliyyətlə məşğul olmalıdırlar.

 

İndiki uşaqlar bütün ili məktəbdə və ya məşğələdə olurlar. Xüsusən də yuxarı siniflər çox vaxt kursda, məşğələdə olur. Buna görə də, məktəbə gedəndə çətinlik çəkirlər. Yalnız səmərəli istirahətdən sonra səmərəli təhsil ola bilər”.

 

Psixoloq Aysel Rəsulzadə AzEdu.az-a açıqlamasında bildirib ki, tətil günlərində, adından göründüyü kimi, uşaq istirahət etməlidir:

 

“Bizim tədris ilimiz yüklü proqramlarla əhatə olunduğu üçün ağır keçir, ancaq buna baxmayaraq, çox az tətil günləri verilib.

 

Ona görə də, valideynlər maksimum dərəcədə uşaqların istirahətinə vaxt ayırmalıdır. Əlbəttə, burada müəllimlər də müəyyən rol oynayır. Onlar dərs yükü ilə uşaqları yükləməməlidirlər. Əlavə qiymətləndirmə vəsaitlərindən tapşırıqlar verir, dərsləri təkrar oxutdururlar. Bunlar da uşaqların beyin yorğunluqlarının götürülməsində çətinlik yaradır. Ona görə də, bu 3 günü uşaqlar beyin rahatladıcı formada keçirsə, daha yaxşı olar”.

 

Psixoloqun sözlərinə görə, bundan başqa, uşaqları ekskursiya, muzey, düşərgə  kimi açıq havada olan müəyyən məkanlara aparmaq lazımdır:

 

“Əgər valideyn işləyirsə, bu zaman uşaqları doyunca vaxt keçirə, oyun oynaya, fikir paylaşa bilsin deyə onları dinləyən, başa düşən psixoloq mütəxəssislərə həvalə etməlidirlər. Bütün bunlar uşaqların istirahət günlərində çox vacib məqamlardır”.