Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 17:42:00
600-dən yuxarı bal toplayan 127 tələbə BMU-nu seçib

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək, Bakı Mühəndislik Universitetini (BMU) seçmiş tələbələrin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, əvvəlki tədris ili ilə müqayisədə bu il 600-dən yüksək bal toplayanların sayı 2 dəfədən çox artmaqla 127 nəfər təşkil edib.

 

AzEdu.az xəbər verir ki, yüksək nəticələri ilə fərqlənən tələbələr arasında universitetə artan maraq BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə həyata keçirilən ikili diplom proqramında (İDP) da qeydə alınııb. Cari ildə proqramı seçənlər arasında 600-dən yüksək bal toplayanların sayı 49 nəfər nəfər olub.

 

Yüksək bal toplayan tələbələrin üstünlük verdiyi ixtisaslar sırasında İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ilk sıralarda gəlir. Siyahıda növbəti yerləri İnşaat mühəndisliyi, İnformasiya təhlükəsizliyi və Kimya mühəndisliyi ixtisasları tutur.

 

600-dən yuxarı nəticə göstərən tələbələrdən 61 nəfəri İnformasiya texnologiyaları, 22 nəfəri Kompüter elmləri, 21 nəfəri Kompüter mühəndisliyi, 16 nəfəri isə Elektrik və elektronika mühəndisliyi ixtisasına üstünlük verib. Bundan başqa, 127 nəfər arasından 3 nəfər İnşaat mühəndisliyi, 3 nəfər İnformasiya təhlükəsizliyi və 1 nəfər Kimya mühəndisliyi ixtisasını seçib.

 

Yeni tədris ilində BMU-ya universitet üzrə ən yüksək nəticə ilə qəbul olunan tələbə Tovuz rayonunun Xatınlı kənd orta məktəbinin yetirməsi Leyla Məmmədlidir. 691.3 balla BMU-ya daxil olan L.Məmmədli Kompüter elmləri ixtisasına (tədris ingilis dilində) üstünlük verib.

 

BMU-İNHA İDP proqramının ixtisasları üzrə ən yüksək nəticə göstərənlər sırasında isə Zoyarida Rəhimova Fazil qızı 667,5 balla İnformasiya texnologiyaları ixtisasını, Nilufər Hüseynli Aqil qızı 648,7 balla İnşaat mühəndisliyi ixtisasını, Zərifə Daşdəmirli Fuad qızı 643,5 balla Elektronika mühəndisliyi ixtisasını, Amin İslamov Adil oğlu 619,8 balla Elektrik mühəndisliyi ixtisasını seçib.