Azedu.az

Magistraturaya elektron sənəd qəbulunda təhsil haqqından azad olunmaq üçün buna diqqət edin  

Magistratura

23 İyul 2022, 14:45
Magistraturaya elektron sənəd qəbulunda təhsil haqqından azad olunmaq üçün buna diqqət edin  

Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir.

 

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təhsil haqqından azad olunmaq üçün elektron müraciət zamanı bir sıra qaydalara əməl etmək lazımdır.

 

Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza “Təhsil haqqından azad” addımı çıxacaq. Burada “Bəli” seçimini etməklə, aid olduğun kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz. Təhsil haqqından azad olunmaq barədə məlumatı öyrənmək üçün müraciət edilən müəssisə “Güzəştli qəbul edildi” status təyin etməklə, şəxsi kabinet vasitəsilə məlumat göndərəcək.

 

Xatırladaq ki, elektron sistem üzrə qeydiyyat iyulun 25-də saat 12:00-da yekunlaşacaq.

 

 

 

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox