Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 17:35:00
ADNSU Beynəlxalq Konqresdə iştirak edib-FOTO  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  “Cihaz mühəndisliyi” kafedrasının əməkdaşları və doktorantları Türkiyənin AKEV Universitetinin ev sahibliyi etdiyi   “3D Çapı (Əlavə İstehsal) Texnologiyalar və Rəqəmsal Sənaye”  adli 5-ci Beynəlxalq Konqresdə iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, onlayn formatda keçirilən tədbirdə ADNSU-nun doktorantları Hüseynov Səməd, Bayramov Ələddin, Feyzili Ozal,  dissertant Bünyatova Elvira, magistrantlar Məhəmməd Yusifov və Orxan Əliyevin çıxışları dinlənilib. Onlar sertifikatla təltif olunublar. Konqresin 7-ci seksiyasına rəhbərlik edən ADNSU-nun “Cihaz mühəndisliyi”kaferasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova konqresdə iştiraka və uğurlu rəhbərliyə görə serifikatlarla təltif edilib. Konfransda həmçinin ADNSU-nun dissertantı Allahverdiyeva Aytac, Azİİ-nin məzunu, Qərbi Kaspi Universitetin nəzdində fəaliyyət göstərən Texnoparkın direktoru vəzifəsini müvəqqəti icra edən Kalam Məlikov və digər şəxslər də iştirak ediblər.

 

Qeyd edək ki,   2020-ci il dekabrın 7-8-də kafedranın təşkil etdiyi ADNSU-nun 100 illiyinə həsr olunmuş “MIMCS 20”  II Beynəlxalq Elmi-praktiki konfransda  və 2021-ci il mayın 31-də “Biotibbi  Mühəndislik  üzrə Beynəlxalq  Elmi-praktiki  seminar”da Türkiyənin AKEV, İsparta, Aydın Universitetləri, İstanbul Yıldız Teknik Universiteti və bir sıra digər universitetlərindən rektor köməkçiləri, professor Kerim Çetinkaya, Dr.Burhan Duman, Dr. Pınar Demircioğlu və digər əməkdaşlar müzakirələrdə aktiv iştirak ediblər. Müzakirələrdə gələcəkdə ixtisaslara uyğun birgə təhsil və elmi tədqiqat işlərinin aparılması, birgə seminarların, konfransların təşkil edilməsi, həmçinin elmi-tədqiqat laboratoriyaları və firmaların da bu işlərə cəlb olunması ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması barədə müzakirələr aparılıb və təkliflər irəli sürülüb.

 

Türkiyə və beynəlxalq aləmdə tanınmış şirkət və istehsal sektorlarının əməkdaşlarının iştirak etdiyi Beynəlxalq Konqres 10 seksiyada 3 gün davam edib.