Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-21 10:36:00
Texniki Universitet və “Okuklu Holding” birgə təlimlərə başlayıb

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Okuklu Holding”in əməkdaşlığı çərçivəsində sosial media üzrə qrafik dizayner, maliyyə uçotu və mühasibatlıq sahəsi istiqamətində təlimlərə start verilib.

 

Bu barədə AzEdu.az-a institutdan məlumat verilib. Bildirilib ki, bununla bağlı keçirilən onlayn tədbirdə AzTU-nun və “Okuklu Holding”in nümayəndələri iştirak ediblər.

 

Qeyd olunub ki, belə təlimlərin keçirilməsi tələbə və məzunların karyera imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Bu işdə “Okuklu Holding”lə əməkdaşlıq faydalıdır. Təlimlər “Okuklu Holding”in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov, qrafik dizayneri Qəmər Sadıqova və Avtomatlaşdırma şöbəsinin müdiri Ülvi Sultanov tərəfindən keçirilir.

 

Otuz gün davam edəcək təlimin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.