
02.12.2020 13:47
Qubadlı məktəblisi 3 medal qazandı - FOTO
Ağırqaldırma üzrə yeniyetmələr arasında noyabrın 11-dən 18-dək Perunun təşkilatçılığı ilə dünya kuboku keçirilib.
Yarışda 61 ölkədən 399 idmançı mübarizə aparıb. Onların arasında Azərbaycan yığma komandasının üzvü, Qubadlı rayonunun İ. Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin XI sinif şagirdi Şükürlü Əli 102 kiloqram çəki dərəcəsində böyük uğur qazanaraq 3 medal əldə edib. Belə ki, birdən qaldırma hərəkətində 145 kiloqramı ram edərək qızıl, təkanla qaldırma hərəkətində 165 kiloqramı başı üzərinə qaldırmaqla gümüş, toplam 310 kiloqram nəticə ilə dünya kubokunun yekun sıralamasında gümüş medala sahib çıxıb.
Əli Şükürlü yarışla bağlı təəssüratlarını bölüşərkən Vətən müharibəsi başlanandan özünü borclu hiss etdiyini deyərək qeyd edib: "Cəbhədəki qələbəmizdən sonra bu, əlavə bir sevinc oldu. Mən Qubadlıdanam. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi böyük bir bayram idi. Ata-baba torpaqlarımız geri qayıtdı və biz ərazi bütövlüyümüzü bərpa etdik. Mən də bu uğurumuzu Azərbaycan Ordusuna həsr edirəm. Hər bir əsgərimizə təşəkkür edirəm ki, bizə belə xoş hisləri yaşatdı. Mən də bir idmançı kimi bu qələbəyə əlavə töhfəmi verə bildiyimə görə şadam. İnanıram ki, uğurlarımız davamlı olacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır".
Əli Şükürlünü əldə etdiyi nailiyyətlər münasibəti ilə Qubadlı Rayon Təhsil Şöbəsi adından təbrik edir, uğurlarının davamlı olmasını, hər daim bayrağımızı uca tutmasını, doğma vətəninə, millətinə ləyaqətlə xidmət etməsini arzu edirik.
Bu bölməyə aid digər xəbərlər
Qalmaqallı müəllim 2 ildən sonra işə bərpa olundu
27.01.2021 | 10:00
Devlet Bahçeli: "Şuşada məktəb inşa ediləcək"
26.01.2021 | 12:36
Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR
26.01.2021 | 10:59
Onlayn dərsə qatılmayan şagirdlər üçün dərslər necə kompensasiya olunacaq?-İZAH
22.01.2021 | 14:26
Azərbaycanda fevralın 1-dən məktəblər açılır - RƏSMİ
22.01.2021 | 11:56
Fuad Qarayev: “Hədəflərimiz nəticələrimizin daha yaxşı olmasına nail olmaqdır”
22.01.2021 | 11:34
Müsabiqə qalibləri ilə onlayn görüş keçirildi
22.01.2021 | 11:05
Ötən il orta məktəbləri bitirən məzunların 0,7 faizi attestat almayıb
21.01.2021 | 10:16
Azərbaycanda hazırda bu qədər şagird təhsil alır - Tədris statistikaları
21.01.2021 | 09:30
"Dərs vaxtı"nın 21 yanvar cədvəli
21.01.2021 | 09:07
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
19.01.2021 | 11:32
Təhsil nazirinin brifinqində hansı vacib qərarlar veriləcək? – Ehtimallar

22.01.2021 | 14:00
Qiymətləndirmə üçün ən rahat üsul müəyyən edilib-NAZİRLİK

25.01.2021 | 10:21
Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək

20.01.2021 | 10:45
Xüsusi karantin rejimində summativ qiymətləndirmədə iştirak etməyənləri nə gözləyir?

25.01.2021 | 14:08
Bu şəxslər direktor ola bilməzlər-QANUN

23.01.2021 | 14:03
Təhsil naziri direktorların problemli videolarından danışdı

22.01.2021 | 13:24
Bu ilin ilk yarısınadək sertifikasiya prosesi keçirilməyəcək-Emin Əmrullayev
_342.jpg)
20.01.2021 | 11:18
Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlər necə müəyyənləşəcək?

FACEBOOK