Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-07-18 15:16:00
Müəllimlər yeni MİQ qaydalarına görə narahat olmasınlar -RƏY  

 

“Təhsil Nazirliyi bütün təhsil şöbələrinə və məktəb direktorlarına vakant yerlərin gizlədilməməsi ilə bağlı təlimat verib”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

 

 

O, MİQ müsabiqəsində bu il üçün nəzərdə tutulan yeniliklərdən söz açıb:

 

 

 

“Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron qeydiyyata start verilib. Müsabiqədə ilkin olaraq kimlərin iştirak edə biləcəyi məlum olub. Verilən qərara əsasən, bu il ilk dəfə iştirak edəcək müəllim namizədlər pedaqoji fəaliyyət təcrübəsinə başlamayan insanlar olacaq. Faktiki olaraq pedaqoji stajı olan şəxslər ilkin mərhələdə iştirak edə bilməyəcəklər. Bu həmin müəllimlərin narazılığına səbəb olub. Lakin mövcud vəziyyəti nəzərə alaraq burada sırf kütləviliyin qarşısını almaq üçün Təhsil Nazirliyi bu qərarı verdiyini görürük. Hardasa 50-60 min müəllimin eyni zamanda imtahan verməsi koronavirusa yoluxma hallarını daha da artıra bilər. Lakin bu müsabiqədə iştirak edə bilməyən şəxslər  üçün qarşıdakı vaxtlarda yeni  imkanlar yaradılacaq. Eyni zamanda əgər pandemiya vəziyyəti imkan verərsə, onlar üçün MİQ müsabiqəsi də təşkil ediləcək.

 

 

Müsabiqədə iştirak etməyən müəllimləri narahat edın məqamlardan biri də  müvafiq  vakant yerləri tuta bilməyəcəkləri ilə bağlıdır. Amma nəzərinizə çatdırım ki, Təhsil Nazirliyi və onun tabeliyində olan İnsan resursları mərkəzi bütün təhsil şöbələrinə və məktəb direktorlarına vakant yerlərin gizlədilməməsi ilə bağlı təlimat veriblər”.

 

 

Elçin Əfəndi MİQ-in bölgələrdə təşkil olunmasından söz açıb:

 

 

“Müəllimlərin işə qəbulu bu ildən bir sıra regionlar üzrə də keçiriləcək. Əvvəllər yalnız Bakı şəhərində təşkil edilirdi. Bu da sırf kütləviliyin qarşısının alınmasına hesablanmış addımdı.

 

 

Müəllimlər üçün olan daha bir yenilik sualların formatında dəyişikliklərin olmasıdı. Burada narahat olunacaq bir məqam yoxdu. Təhsil Nazirliyi öncədən hansı  sualların və proqramların  olacağını elan edib. Buna görə də müəllimlər narahat olmamalıdır. Düşünürəm ki, bilik və bacarığına güvənən hər bir müəllim müsabiqədən keçəcək. Bütün namizədlərə uğurlar diləyirəm”.

 

 

Qeyd edək ki, MİQ-in elektron qeydiyyatı 16 iyuldan başlayıb.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları