Azedu.az

Emin Əmrullayev Saatlıda vətəndaşları qəbul edəcək

Təhsil Nazirliyi

30 İyun 2026, 10:47
Emin Əmrullayev Saatlıda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev iyulun 24-də Saatlı şəhərində vətəndaşları qəbul edəcək.

AzEdu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qəbulda Saatlı, Sabirabad və İmişli sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri 12 iyul (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox