Azedu.az

MİQ-ə qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI

MİQ

8 İyun 2026, 16:26
MİQ-ə qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI

İyulun 3-dən etibarən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlanılıb.

Maraqlıdır, müsabiqə üzrə indiyə qədər qeydiyyatdan keçmiş namizədlərin sayı neçə nəfərdir?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə 3 iyun tarixindən etibarən başlanmış qeydiyyat prosesində hazırkı tarixədək 30 minə yaxın namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, elektron sənəd qəbulu iyunun 10-u saat 11:00-dək davam edəcək.

Rusiyada PANİKA! Ukraynadan şok zərbələr- Əhali hava limanına doluşdu
Son xəbərlərDaha çox