Azedu.az

25 mindən çox müəllim sertifikasiyada 51 balı KEÇİB

Sertifikasiya

30 İyun 2026, 10:22
25 mindən çox müəllim sertifikasiyada 51 balı KEÇİB

"25 mindən çox müəllim yüksək nəticə göstərib".

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir “Sertifikatlaşdırma 2026: Səriştəli müəllim - keyfiyyətli təhsil” təşəbbüsü çərçivəsində yekunlaşmış fənlər üzrə ümumi  nəticələri açıqlayıb.

Onun sözlərinə görə, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə aparılan sertifikatlaşdırma nəticələrinə əsasən 9 334 müəllim uğursuz nəticə göstərib.

Emin Əmrullayev bildirib ki, sertifikatlaşdırma prosesində 7 947 nəfər 60 yaşı tamam olmuş müəllimlərdən ibarət olub və onlar könüllü iştirak hüququna malikdirlər. Eyni zamanda, pedaqoji fəaliyyəti 3 ili tamam olmayan 6 493 gənc müəllim də sistemdə yer alıb.

Nazirin sözlərinə görə, imtahanda 30-50 bal toplayan müəllimlərin sayı 52 194 nəfər, 51 bal və daha yüksək nəticə göstərən müəllimlərin sayı isə 25 508 nəfər təşkil edib.

Emin Əmrullayev əlavə edib ki, uğursuz nəticə göstərən müəllimlər səbəbindən yaranan vakant saatlar iki istiqamətdə bölüşdürülür: əvvəlcə hazırda dərs deyən müəllimlər arasında paylanır, daha sonra isə bu vakant yerlər Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı vasitəsilə müsabiqəyə çıxarılır.

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox