Azedu.az

Şagirdlər telefonu məktəbə gətirə bilər? - Nazir aydınlıq gətirdi

Təhsil Nazirliyi

30 İyun 2026, 11:54
Şagirdlər telefonu məktəbə gətirə bilər? - Nazir aydınlıq gətirdi

“Dərs zamanı telefon istifadəsi qadağandır, amma məktəbə gətirilməsi ayrı məsələdir”.

AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinin suallarını cavablandırarkən məktəblərdə mobil telefon və ağıllı cihazların istifadəsi ilə bağlı açıqlamasında deyib.

Nazir bildirib ki, məktəblərdə smartfonlardan istifadə ilə bağlı mövcud qaydalar artıq qüvvədədir və əsas məqsəd dərs prosesinin pozulmasının qarşısını almaqdır. Onun sözlərinə görə, şagirdlərin dərs zamanı telefonla məşğul olması, zəng etməsi və ya oyun oynaması yolverilməzdir.

Emin Əmrullayev qeyd edib ki, şagirdlər məktəbə telefon gətirə bilsələr də, dərs vaxtı həmin cihazlardan istifadə etmələrinə icazə verilmir. 

Nazir vurğulayıb ki, bu yanaşma tədris prosesinin effektivliyini artırmaq üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, dərs zamanı telefon istifadəsi müəllimin nəzarəti və məktəbin daxili qaydaları ilə tənzimlənməlidir. Nazir əlavə edib ki, zəruri hallarda şagirdin valideynlə əlaqə saxlaması və ya fövqəladə vəziyyətlər istisna təşkil edir.

Emin Əmrullayev bildirib ki, əsas məqsəd şagirdlərin dərsə diqqətini artırmaq və tədris prosesinin pozulmasının qarşısını almaqdır. Onun sözlərinə görə, bu qərar təhsil mühitində daha nizamlı və məhsuldar dərs şəraitinin yaradılmasına xidmət edir.

 

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox