Azedu.az

MİQ-ə sənəd qəbulu başladı - YENİLƏNİB

MİQ

3 İyun 2026, 11:08
MİQ-ə sənəd qəbulu başladı - YENİLƏNİB

Bu gün saat 11:00-dan etibarən 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

AzEdu.az xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra bu gün saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

09:03

İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyən şəxslər "Digital Login" əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.

SON DƏQİQƏ! İran BOMBARDMAN edilir! - ABŞ hərəkətə keçdi
Son xəbərlərDaha çox