Sertifikasiya imtahanında yüksək nəticə əldə edən müəllimlərdən biri də Cəlilabad rayonu Privolnoye kənd tam orta məktəbinin texnologiya müəllimi Gülnar Kərimovadır.
AzEdu.az xəbər verir ki, Gülnar müəllim imtahanı 1 saat ərzində tamamlayaraq 55 bal nəticə əldə edib.
Müəllim açıqlamasında bildirib ki, hazırda Lənkəran Dövlət Universitetində İnformasiya texnologiyaları ixtisası üzrə qiyabi şəkildə ikinci ali təhsil alır.
Müəllimin sözlərinə görə, 10 illik pedaqoji təcrübəyə malikdir; bu müddətin 6 ili informatika, 4 ili isə texnologiya fənni üzrə fəaliyyətlə bağlıdır.
O, həmçinin 2023-cü ildən Peşə Təmayüllü Siniflər Layihəsi çərçivəsində qrup rəhbəri kimi fəaliyyət göstərdiyini qeyd edib.
Növbəti imtahanda hədəfim 60 bal toplamaqdır:
"Suallar ümumilikdə oxuyan üçün rahat idi. İlk sualı ekranda görəndə artıq 50-dən yuxarı bal toplayacağımı anladım. İmtahan tam şəffaf şəkildə keçirilib. Növbəti imtahanda isə özümdən 60/60 nəticə gözləyirəm.