Azedu.az

MİQ-ə qeydiyyatla bağlı ən çox verilən suallara CAVAB

MİQ

3 İyun 2026, 11:00
MİQ-ə qeydiyyatla bağlı ən çox verilən suallara CAVAB

Bu gündən etibarən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Bu il müəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı yenilik tətbiq olunub.

Belə ki, MİQ imtahanı artıq ödənişli əsaslarla keçiriləcək. Bununla əlaqədar bir sıra məqamlar hələ də müəllimlər üçün qaranlıq qalır və çoxsaylı suallar doğurur

AzEdu.az müəllimlərin işə qəbulu prosesinin ödənişli olması ilə bağlı tez-tez soruşulan sualların cavabını təqdim edir.

- MİQ müsabiqəsi ödənişlidirmi?

Bəli. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli Qərarına əsasən, MİQ müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilmişdir.

Ödəniş hansı mərhələdə həyata keçirilir?

- Qeydiyyat mərhələsində ödəniş tələb olunmur. Namizəd əvvəlcə müraciətini tamamlayır, müraciəti təsdiqləndikdən sonra ödəniş mərhələsinə yönləndirilir. Ödəniş tamamlandıqdan sonra namizədin iştirak statusu aktivləşdirilir.

Rüsumun ödənişindən kimlər azaddır?

- Qanunvericiliyə əsasən, aşağıdakı kateqoriyalara aid olan namizədlərdən müsabiqədə ödənişsiz iştirak edirlər:

müsabiqədə ilk dəfə iştirak edən namizədlər;

şəhid ailəsinin üzvləri;

müharibə veteranı adı almış şəxslər;

əlilliyi olan şəxslər;

ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

- Ödənişdən azad olunan kateqoriyalara aidiyyət necə müəyyən ediləcək?

- Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik qaydada yoxlanılacaqdır.

- Ödəniş hansı üsulla həyata keçirilir?

- Ödəniş elektron qaydada həyata keçirilir. Namizədlər bank kartı vasitəsilə sistem üzərindən onlayn ödəniş edə bilərlər.

SON DƏQİQƏ! İran BOMBARDMAN edilir! - ABŞ hərəkətə keçdi
Son xəbərlərDaha çox