Azedu.az

MİQ-in müsahibəsində namizədlərə hansı suallar verilir? - RƏSMİ

MİQ

8 Avqust 2026, 12:34
MİQ-in müsahibəsində namizədlərə hansı suallar verilir? - RƏSMİ

Müəllimlərin işə qəbulu (MİQ) üzrə bütün fənlərdən test imtahanları yekunlaşıb.

Müsabiqənin növbəti mərhələsində ilk növbədə şəhid ailəsi üzvləri vakansiya seçimində iştirak ediblər.

Ardınca bu gündən etibarən namizədlərin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır.

Bu mərhələdən sonra ümumi vakansiya seçimi keçiriləcək. Məktəblərə qəbul olunan müəllimlər isə növbəti mərhələdə müsahibəyə çağırılacaqlar.

AzEdu.az-ın “Təhsil haqqında” qanundan əldə etdiyi məlumata görə, vakant vəzifələr üzrə seçim edən namizədlər müsahibə mərhələsinə buraxılır.

Qanuna əsasən, müsahibələrin keçirilməsi məqsədilə hər il müvafiq komissiyalar yaradılır.

Komissiyaların tərkibi Nazirlik tərəfindən təsdiq edilir və təhsil müəssisəsinin rəhbəri, metodist və psixoloqdan ibarət olur.

Müsahibə zamanı namizədlərin ümumi dünyagörüşü, peşə keyfiyyətləri və psixoloji hazırlığı komissiya tərəfindən qiymətləndirilir. Yekunda namizədin müəllim vəzifəsinə uyğun olub-olmaması barədə qərar qəbul edilir.

Müsahibənin nəticələri keçirildiyi tarixdən etibarən 5 iş günü ərzində namizədlərin “Şəxsi kabinet”inə göndərilir.

Qeyd edək ki, test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar imtahan və ya təkrar müsahibə təşkil edilmir.

Bakıya qarşı ard-arda hücumlar - Türkiyə nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox