İyunun 30-da ADA Universitetində “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" adlı tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə cari ildə keçirilən sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən təhsilverənlər və digər qonaqlar iştirak ediblər.
Sertifikatlaşdırma prosesinə dair geniş təqdimatla çıxış edən elm və təhsil naziri Emin Əmrullayev 2022-2026-cı illər üzrə nəticələri diqqətə çatdırıb. Bildirib ki, bu illər üzrə təşkil olunmuş imtahanlarda 104 435 müəllim iştirak edib, ümumilikdə 91 408 müəllimin əməkhaqqısına əlavələr edilib.
Nazir çıxışında təhsilverənlərin sertifikatlaşdırılmasının növbəti mərhələsi, tamştatlı müəllimlər, mərkəzləşdirilmiş imtahanla işə qəbul olunan müəllimlərin sertifikatlaşdırma nəticələri və digər məqamlara toxunub.
Sonda Emin Əmrullayev media nümayəndələrinin suallarını cavablandırıb.