Azedu.az

Sertifikasiyanın çətin sualları ilə bağlı iddialara nazirdən CAVAB

Sertifikasiya

30 İyun 2026, 10:24
Sertifikasiyanın çətin sualları ilə bağlı iddialara nazirdən CAVAB

"Sertifikatlaşdırma imtahanı müəllimlər üçün “güzgü” rolunu oynayır".

AzEdu.az xəbər verir ki, bu sözləri aidiyyəti qurumun nümayəndəsi sertifikatlaşdırma imtahanının mahiyyəti və nəticələri ilə bağlı açıqlamasında bildirib.

Qeyd olunub ki, nazirliyin əsas məqsədi müəllimləri çətin suallarla sınağa çəkmək deyil, əksinə, təqdim olunan sualların müəllimlərin mövcud bilik səviyyəsini real şəkildə əks etdirən “güzgü” funksiyasını daşımasıdır.

Açıqlamada bildirilir ki, imtahan nəticələrinə əsasən iştirakçıların təxminən 90 faizi uğurlu nəticə göstərib, yalnız 8-10 faiz civarında müəllim isə istənilən nəticəni əldə edə bilməyib.

Vurğulanıb ki, imtahanın ümumi orta balı nəzərə alındıqda onun həddindən artıq çətin olduğu barədə iddialar doğru hesab edilmir. Əksinə, orta balın 25 və ya daha aşağı olması imtahanın həddindən artıq yüksək çətinlik səviyyəsinə malik olmasını göstərə bilərdi.

Məlumata görə, hazırkı nəticələr imtahanın ümumi müəllim auditoriyası üçün balanslaşdırılmış və real bilik ölçən formatda olduğunu göstərir. Eyni zamanda, nəticələrə əsasən, çətinlik yaşayan və orta göstəricidən aşağı nəticə göstərən müəllimlər də mövcuddur.

Qeyd olunub ki, aşağı nəticə göstərən müəllimlərə növbəti illərdə yenidən imtahan vermək imkanı yaradılır və imtahan sualları da statistik olaraq eyni prinsip və səviyyədə hazırlanır.

Açıqlamada vurğulanıb ki, prosesin əsas məqsədi kimisə sistemdən kənarlaşdırmaq deyil, təhsil keyfiyyətini yüksəltməkdir. Çünki təhsil keyfiyyəti müəllimin peşə hazırlıq səviyyəsindən birbaşa asılıdır.

Həmçinin bildirilib ki, əgər müəllimlər müəyyən bilikləri mənimsəməkdə çətinlik çəkirlərsə, bu, şagirdlərin də gələcəkdə həmin biliklərə yiyələnməsinə təsir göstərə bilər və bu səbəbdən sertifikatlaşdırma sistemli keyfiyyət ölçmə mexanizmi kimi çıxış edir.

TƏCİLİ! İranda ATIŞMA - Təbrizdə xalq ayağa qalxdı, Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox