Azedu.az

MİQ-ə elektron sənəd qəbulu YEKUNLAŞDI

MİQ

10 İyun 2026, 11:00
MİQ-ə elektron sənəd qəbulu YEKUNLAŞDI

İyunun 3-dən 2026–2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə elektron sənəd qəbulu aparılıb.

Elektron sənəd qəbulu mərhələsi bu gün, iyunun 10-da saat 11:00-da yekunlaşıb.

Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron müraciətlərini təqdim ediblər.

Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab
Son xəbərlərDaha çox