https://www.zirve.edu.az/
04.07.2020 13:38
Bakı Dövlət Universiteti: Bu həftə ərzində 18 min 194 bakalavr onlayn imtahanlarda iştirak edib
Çap et

Bakı Dövlət Universitetində (BDU) yaz semestrinin onlayn imtahan sessiyasının dördüncü həftəsinə yekun vurulub.

 

BDU-dan AzEdu.az-a verilən məlumata görə, iyulun 3-də bakalavriat pilləsində təhsil alan 193 qrup üzrə 4271 (228 nəfəri "SABAH" qrupları olmaqla), qiyabi şöbədə 7 qrup üzrə 90 tələbə imtahanlarda iştirak edib. Magistratura pilləsində isə 101 ixtisaslaşmada 84 fənn üzrə 349 magistrant imtahan verib.

 

BDU-nun Qazax filialında isə 404 tələbə imtahanlarda iştirak edib.

 

İmtahanların gedişi dekanlar, kafedra müdirləri, prorektorlar və Tələbə Nəzarət Qrupunun üzvləri tərəfindən izlənilib. Bütün tələbələr imtahanları müvəffəqiyyətlə veriblər.

 

Qeyd edilib ki, dördüncü həftədə BDU-da bakalavriat pilləsində təhsil alan 820 qrup üzrə 18194 tələbə, magistratura pilləsində 318 ixtisaslaşmada 220 fənn üzrə 1094 magistrant, BDU-nun Qazax filialında isə 1945 tələbə imtahanlarda iştirak edib.

 

Sessiya iyulun 10-da yekunlaşacaq.