Azedu.az

Lerikdə məktəb direktorunun müavini qəzada öldü

Orta təhsil

3 İyul 2020, 09:38
Lerikdə məktəb direktorunun müavini qəzada öldü

Bu gün Lerik rayonunda ağır yol qəzasında ölən şəxslərdən biri müəllim imiş.

 

AzEdu.az xəbər verir ki, ağır qəza rayonun Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölən şəxslərdən biri - 1996-cı il təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev Lerik rayon Ləkər kənd ümumi orta məktəbində direktor müavini və fiziki tərbiyə müəllimi imiş.

Həmçinin T. Əliyev öz ixtisası üzrə test vəsaitinin də müəllifi olub. (Report)

 

Paşinyan Putinin yanına şərtlərlə gedir: Ordunu Gümrüdən çıxart
SORĞU
Sertifikasiya müəllimlər üçün könüllü olmalıdır?
Səs ver
Son xəbərlərDaha çox