Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-20 16:53:00
Uşaqlara əl yazısını öyrətmək nə üçün vacibdir?

Texnologiya günlük həyatımızın bir parçasıdır. Ancaq bunun da bir sərhəddi olmalıdır. Orta məktəbdə əl ilə yazmaq əvəzinə klaviatura ilə işləmək şagirdlərin yazma-oxuma qabiliyyəti üçün çox təhlükəlidir.

Araşdırmalar göstərir ki, hərfləri səsləndirməklə yazmaq arasında münasibət var. Bu zaman əllə beynin sinir hüceyrələri arasında güclü bağlantı qurulur. Hərfləri tanımaq, sərbəst şəkildə yazmağa səbəb olur.

Əllə yazmaq texnikası tarixə qarışıb unudularsa, nə olar?

AzEdu.az-ın məlumatına görə, hərfləri əllə yazdığımız zaman sadəcə hafizəmizdə saxlamırıq, eyni zamanda öyrənmə vərdişimiz də sürətlənir. Yazıları əllə yazan şagirdlər klaviaturayla yazanlara nisbətən daha çox idea sahibi olur. Əl ilə yazmaq vərdişini formalaşdırmadan klaviaturaya keçmək çox zərərlidir.

Hərfləri düzgün yazmaq üçün həmçinin “havaya yazmaq” üsulundan da faydalanmaq olar. Müəllimlər və valideynlər diqqət etməlidir ki, şagird yazarkən qələmini çox sərt basmasın, bu onun tez yorulmasına və sürətli yazmağına mane           olacaqdır.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları