https://www.zirve.edu.az/
18.03.2020 15:51
Rusiyadakı azərbaycanlı tələbələrin təxliyyəsi müzakirə olunur
Çap et

 

Koronavirus pandemiyası Azərbaycana qonşu olan ölkələrdən də yan keçmir. Qeyri-rəsmi məlumatlara görə 3 milyon azərbaycanlının yaşadığı Rusiyada 147 nəfərdə koronavirus aşkarlanıb.

 

Vətəndaşlarımızın kütləvi olaraq axın etdiyi və məskunlaşdığı bu ölkədə yaranmış son vəziyyətlə bağlı məlumat əldə etməyə çalışdıq.

 

Moskva azərbaycanlılarının İcma sədri Şamil Tağıyev Modern.az-a bildirdi ki, ölkədə rəsmi olaraq karantin elan olunmasa da onlara tədbirlərin ləğvi ilə bağlı göstəriş verilib:

 

 “Rusiyada koronavirusla bağlı digər dövlətlərdən fərqli olaraq hələ ki, ciddi panika yoxdur. Məktəblər, bağçalar və digər dövlət strukturlarının hamısı yerli hakimiyyətin və Nazirlər Kabinetinin məsləhəti ilə tətil elan etdi. Yəni kim istəsə məktəbə, işə gedə ya da getməyə bilər. İnsanlar, media arasında panika yaranmasın deyə açıq şəkildə bu qərarı, yəni  işləmək və məktəbə gəlməklə bağlı könüllülüyü elan etmirlər. Çünki qarşıdan Konstitusiya referendumu, 9 May günü gəlir. Əgər dövlət səviyyəsində karantin elan olunsa, bu tədbirlər də təxirə salınacaq. Amma hazıki vaxtda demək olar ki, bütün tədbirlər təxirə salınıb. Bizim də bəzi tədbirlərimiz var idi ki, məlum səbəbdən təşkil edə bilmədik. Aprel ayının 10-adək tədbirlərimizin təxirə salınması ilə bağlı tapşırıq almışıq. Amma bu hələ ki, aprelin ilk ongünülüynə qədərdir uzadılıb uzadılmayacağını isə bilmirik. Hələ ki, azərbaycanlılardan koronavirusa yoluxma ilə bağlı diasporluğa müraciət daxil olmayıb”.

 

Ş.Tağıyev deyir ki, artıq azərbaycanlı tələbələr təxliyə üçün diasporluğa müraciət etməyə başlayıb:

 

 “Hələ ki Rusiyada yaşayan azərbaycanlılarla bağlı əsas problem biri azərbaycanlı, digəri rus milliyətindən olan evli cütlüklərlə bağlıdır. Belə olan halda da ailə üzvlərindən biri yəni, rusiyalı olan Azərbaycana buraxılmır. Karantin yürüdülməmişdən qabaq, üçüncü bir ölkəyə istirahətə gedən belə ailələr Rusiyaya qayıda bilmir. Dünən Dubaydan bizə zəng daxil oldu. Rusiyalı bir bəy azərbaycanlı xanımı ilə Dubayda qalıb. Buna səbəb xanımını Rusiyaya buraxılmaması olub. Bir də insanların belə halda hara müraciət etməsi problemdir. Bu cür halda bizə zəng gələndə Diaspor Komitəsinə, Səfirliklərə və Konsulluğa yönləndiririk ki, kömək  ala bilsinlər. Hazırda universitetlər bağlandığı üçün tələbələr yataqxanalardan çıxarılır. Artıq azərbaycanlı tələbələr bizə zəng edib vətənə qayıtmaq istədiklərini bildirirlər. Biz də Azərbaycanda diasporluqla əlaqə saxlayıb təxliyə olunmaq istəyən azərbaycanlıların sayını, adlarını göndərəcəyik. Azərbaycan tərəfi də çarter reyslər vasitəsi ilə öz vətəndaşlarını ölkəyə qaytarmağa hazırdır. Diasporluğun qaynar xətti isə 24 saat azərbaycanlıların xidmətindədir. Çünki insanların tək koronavirusla bağlı yox bütün məsələlərdə problemi ola bilər və biz o məsələlərdə vətəndaşlarımıza yardımçı olmalıyıq”.