Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-12 11:46:00
Tələbə transferlərinin nəticələri nə zaman açıqlanacaq? – CAVAB

 Tələbələrin ölkə daxili və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

 Fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 3083 müraciət qeydə alınıb.

 AzEdu.az xəbər verir ki, sosial şəbəkələrdə tələbələ transferinin nəticələrinin mart ayında açıqlanması ilə bağlı məlumat yayılıb.

 Təhsil Nazirliyindən verilən məlumata görə hazırda tələbələrin müraciətlərinə baxılır. Nəticələrin yaxın vaxtlarda açıqlanması nəzərdə tutulur.

 Yəni, transferin açıqlanacağı dəqiq tarix məlum deyil.

 Məlumat üçün bildirək ki, subbakalavrlar tələbə transferində iştirak edə bilmir.