https://www.zirve.edu.az/
30.01.2020 15:50
AzTU ilə Trabzon Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Yanvarın 30-da Trabzon  Universitetinin Fatih təhsil fakültəsinin dosenti, psixologiya elmləri doktoru Mehmet Palançı Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyev ilə görüşüb.

AzEdu.az xəbər verir ki, görüşdə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi sahəsində əməkdaşlıq, müştərək layihələrin hazırlanması, kadr hazırlığı, motivasiya xarakterli tədbirlərin təşkili, gənc startapçıların layihələrinin  icrasına dəstək və digər mövzularda müzakirələr aparılıb.

Bundan başqa, psixologiya, sağlamlıq, motivasiya, statistika və fərdi inkişaf mövzularında bakalavr, magistr, doktorant və universitet əməkdaşlarına seminar və təlimlərin keçirilməsinin nəzərdə tutulduğu da qeyd olunub.

Görüşdə AzTU ilə  Trabzon  Universitetinin Fatih təhsil fakültəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.