Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-26 17:59:00
Azərbaycan və Ukrayna universitetləri arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib

Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin gəlirlərin insan kapitalına çevirməsi istiqamətində atdığı addımlar bəhrəsini verməkdədir.

AzEdu.az xəbər verir ki, bu fikirləri Xarkovda Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin rektoru, Ukraynanın Milli Qəhrəmanı, akademik Vasiliy Tatsiylə görüşdə Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyev söyləyib.

Səfir bildirib ki, hazırda azərbaycanlı tələbələr dünyanın tanınmış universitetlərində təhsil alırlar. O cümlədən Ukraynada 70-ə yaxın azərbaycanlı təhsilini davam etdirir.

Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu deyən V.Tatsiy bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşməkdə maraqlıdır. “Biz birgə layihələrin həyata keçirilməsinin tərəfdarıyıq və maraqlı təklifləri müzakirə etməyə hazırıq. Bir neçə ay əvvəl bizim ali təhsil ocağının rəhbərliyi Bakıya səfər edərək, ADA Universiteti ilə əməkdaşlığa dair saziş imzalayıb. Bu istiqamətdə səylərimizi artıracağıq”, - deyə rektor əlavə edib.

Görüşdə, həmçinin təcrübə və kadr mübadiləsi məsələləri ilə bağlı müzakirələr aparılıb. (Azərtac)