Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-15 15:49:00
Şagird yalnız bu səbəbdən məktəbdən xaric edilə bilərlər- Diqqətli olun

AzEdu.az mütəmadi olaraq direktor, müəllim, valideyn və şagirdləri maraqlandıran məsələlərlə bağlı yazılar yayımlayır.

Şagirdlərin ən çox soruşduqları suallardan biri də məktəbdən çıxarılma ilə bağlıdır.

Sual:

Şagird hansı səbəbdən məktəbdən xaric edilə bilər?

Cavab:

AzEdu.az xəbər verir ki, bu barədə Azırbaycan Respublikasının Təhsil haqqında Qanununda qeyd olunub.

Qanunvericiliyə görə,  14 yaşı bitmiş şagirdlər məktəb nizamnaməsinə əsasən məktəbdən çıxarıla bilər. Yetim və valideyn himayəsindən məhrum olmuş şagirdlərin isə qəyyumluq və himayə orqanlarının razılığı olmadan məktəbdən çıxarılmasına icazə verilmir.

Bununla yanaşı, Konstitusiyanın 42-ci maddəsinə əsasən isə hər kəsin təhsil almaq hüququ var. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

Qeyd edək ki, həmin qanunun müvafiq maddəsinə görə heç kim təhsil almaq hüququndan məhrum edilə bilməz.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları