Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 13:39:00
ADNSU-da “HPC Mərkəzi və Big Data ilə tanışlıq”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) High Performance Computing (HPC) Mərkəzi və Big Data ilə tanışlıq” mövzusunda seminar keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı HPC Mərkəzi haqqında qısa məlumat verərək mərkəzin təsis olunmasında 4 əsas məqamın olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb:” Biz, ilk növbədə  ölkədə gedən proseslərin fövqündə olmaq istəyirik. Çalışırıq ki, Azİİ bir elm, təhsil məbədi kimi ölkədə gedən bütün innovativ proseslərin önündə olsun, lokomativ rolunda iştirak etsin və biz  kadr hazırlığını təmin edə bilək”. 

İkinci və ən öməmli istiqamətlərdən birinin ADNSU-nun milli tədqiqat universitetinə çevrilməsi olduğunu deyən rektorun sözlərinə görə,   milli tədqiqat universiteti statusunu almaq üçün ən vacib üstünlük  High Performance Computing Mərkəzi, yəni super kompüterlərin istifadəsi ilə elmi tədqiqatların hesabatlarını çevik, operativ həyata keçirmək, bunu tədris prosesinə tətbiq etməkdir.

ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev  - “Paralel alqoritmlər əsasında həll olunan məsələlər”, “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının assistenti Eviz İsmayılov - “HPC sistemlərinin xüsusiyyətləri və imkanları”, həmin kafedranın baş müəllimi Nigar İsmayılova isə “HPC sistemlərinin tətbiq sahələri” mövzusunda məruzə ilə çıxış ediblər.

Daha sonra seminar mövzu ətrafında sual-cavabla davam edib.