https://www.zirve.edu.az/
12.01.2020 13:27
Respublika fənn olimpiadalarının birinci―rayon mərhələsi keçirilib

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Şəki rayonunda da 2019-2020-ci dərs ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci―rayon mərhələsi keçirilib.

Bilik yarışında rayon ümumtəhsil məktəblərinin 9, 10, 11-ci sinif şagirdlərindən 744 nəfər iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilir.

AzEdu.az xəbər verir ki, olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə 3 saat ərzində cavablandırmaları üçün fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Şəki rayonu üzrə olimpiada Qoxmuq kənd tam orta məktəbdə keçirilib. Saat 10:00-dan başlanan bilik yarışı 13:00-da başa çatıb. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.