https://www.zirve.edu.az/
09.12.2019 15:17
Summativ qiymətləndirmədə iştirak etməyən şagird nə vaxt imtahan verməlidir? - Aktual
Çap et

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişiklər müəllimlərdə xeyli suallar yaratdı. Orta ümumtəhsil müəssisələrində yarımil sonu yaxınlaşdığına görə bəzi məsələlər indi də aktuallığını saxlayır.

Hazırda valideynləri maraqlandıran məqamlardan biri də summativ qiymətləndirmə zamanı dərsdə iştirak etməyən şagird həmin qiymətləndirmə imtahanını neçə gün ərzində verməlidir?

AzEdu.az məlumat verir ki, bu barədə Təhsilalanların attestasiya qaydalarında qeyd edilib. Qaydalara görə, şagird I və II yarımillər üzrə keçirilən böyük summativ qiymətləndirmələrdə üzrlü səbəbdən, yəni xəstəlik və ya bədbəxt, fövqəladə hadisə səbəbindən iştirak edə bilmədikdə, müvafiq summativ qiymətləndirmə günündən sonra növbəti 2  həftə ərzində onun üçün böyük summativ qiymətləndirmə təşkil edilir. Xəstə olduğuna görə qiymətləndirmədə iştiark edə bilməyən şagird məktəbə tibbi arayış təqdim etməlidir.

Şagird sonrakı 2 həftə ərzində də böyük summativ qiymətləndirmədə hər hansı səbəbdən iştirak etmədikdə BSQ üzrə balı “0” qəbul olunur.

Üzrlü səbəbdən kiçik summativ qiymətləndirmənin hər hansı birində iştirak etməyən təhsilalanın kiçik summativ qiymətləndirmədə iştirak etməməsi yarımillik balların hesablanmasında nəzərə alınmır. Təhsilalanın iştirak etmədiyi kiçik summativ qiymətləndirmə növbəti kiçik summativ qiymətləndirməyədək təşkil edilir.

Üzrsüz səbəbdən kiçik summativ qiymətləndirmədə iştirak etməyən təhsilalanların həmin qiymətləndirmə üzrə balı “0” qəbul edilir və yarımillik balların hesablanmasında nəzərə alınır.

Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün sinifdə istifadə olunan eyni səviyyəli yeni qiymətləndirmə vasitələri - test, imla, inşa, ifadə, çalışma hazırlanır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları