Azedu.az

“Universitet seçimi etməmişəm” – III qrup üzrə maksimum NƏTİCƏ

İmtahanlar və qəbul məsələləri

17 İyul 2026, 21:10
“Universitet seçimi etməmişəm” – III qrup üzrə maksimum NƏTİCƏ

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni - 400 balı 3 nəfər toplayıb.

Onlardan biri də Abşeron rayonu Saray qəsəbə 1 saylı orta məktəbin məzunu Mənsimli Orxan Zaur oğlu olub.

AzEdu.az Orxan Mənsimli ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.

İmtahana yaxşı hazırlaşdığım üçün fənlər arasında xüsusi çətinlik fərqi hiss etmirdim:

“İmtahandan sonra bu nəticəni gözləyirdim. Bundan əvvəlki imtahanda da buna yaxın nəticə göstərmişdim. Ona görə ikinci cəhdə daha yaxşı hazırlaşdım. Əlbəttə ki, nəticəmdən çox sevincliyəm.

Birinci imtahanda 387,5 bal toplamışdım. Məncə, hər iki imtahanın çətinlik səviyyəsi təxminən eyni idi. İmtahana hazırlaşarkən həm müəllimlərimin dəstəyini hiss etdim, həm də öz üzərimdə ciddi çalışdım. İmtahan sualları gözlədiyim səviyyədə idi, çətinlik dərəcəsi isə normal idi.

Gələcəkdə hüquq fakültəsində təhsil almaq istəyirəm. Hansı universiteti seçəcəyimə isə hələ qərar verməmişəm.

İmtahana hazırlığım yaxşı olduğu üçün fənlər arasında xüsusi çətinlik fərqi hiss etmirdim. Sadəcə, birinci imtahanda ədəbiyyat fənnindən bir neçə səhvim olmuşdu".

Sosial şəbəkələrdən tamamilə uzaq durmaq yüksək nəticə əldə etməyin əsas şərtlərindən biri deyil:

“Mən imtahana hazırlaşdığım müddətdə sosial şəbəkələrdən istifadə etməmişəm. Amma düşünürəm ki, sosial şəbəkələrdən tamamilə uzaq durmaq yüksək nəticə əldə etməyin əsas şərtlərindən biri deyil. Əsas məsələ onlardan düzgün və ölçülü şəkildə istifadə etməyi bacarmaqdır.

Düşünürəm ki, yüksək bal toplamağın sirri hər gün atılan kiçik, lakin davamlı addımlardadır. İmtahana hazırlaşan hər kəsə tövsiyəm odur ki, özünüzə inanın, planlı şəkildə hazırlaşın və səhvləriniz üzərində işləməkdən çəkinməyin. Uğur zaman tələb edir, amma əziyyətin bəhrəsi mütləq özünü göstərir”.

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox