Azedu.az

Fransada təhsil müəssisələrində bərabərlik tədbirləri artırılır

Orta təhsil

12 İyul 2026, 16:14
Fransada təhsil müəssisələrində bərabərlik tədbirləri artırılır

Fransada məktəblərdə ayrı-seçkiliyə qarşı tədbirlər gücləndirilir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Fransa hökuməti məktəblərdə irqçilik, antisemitizm və ayrı-seçkiliyin qarşısının alınması məqsədilə yeni fəaliyyət planı təqdim edib.

2026-2029-cu illəri əhatə edən plan çərçivəsində təhsil müəssisələrində maarifləndirici tədbirlərin artırılması, müəllimlər üçün xüsusi təlimlərin təşkili və şagirdlər arasında vətəndaşlıq dəyərlərinin təşviqi nəzərdə tutulur.

Yeni təşəbbüs məktəblərdə bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin gücləndirilməsinə, ayrı-seçkilik hallarının qarşısının alınmasına və bu istiqamətdə təhsil işçilərinin imkanlarının artırılmasına yönəlib.

Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox