Azedu.az

Sentyabrdan etibarən süni intellekt üzrə modullar tədris olunacaq

Orta təhsil

15 İyul 2026, 14:55
Sentyabrdan etibarən süni intellekt üzrə modullar tədris olunacaq

“Sentyabr ayından etibarən beşinci sinifdən başlayaraq süni intellekt üzrə modullar tədris olunacaq”.

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov qeyd edib.

O, bildirib ki, süni intellekt üzrə modullar sentyabr ayından etibarən beşinci sinif şagirdləri üçün tətbiq olunacaq.

O qeyd edib ki, layihə hazırda bütün ölkəni əhatə etmir və müəyyən məktəblərdə həyata keçirilir.

“Əsas məqsədimiz odur ki, bu layihə çərçivəsində 500 mindən çox şagirdi əhatə edək. Sentyabr ayından artıq beşinci sinifdən başlayaraq süni intellekt üzrə modulları keçəcəyik”, - deyə Vüsal Xanlarov vurğulayıb.

TƏCİLİ! Rusiyanın 20 gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat
Son xəbərlərDaha çox